“Bu, bizim üçün ən vacib oyundur. Bunun fəqindəyik, başa düşür və məsuliyyət daşıyırıq”. 

Rekord.az xəbər verir ki, bu fikirləri "Legiya"nın futbolçusu Valeriane Qviliya Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib. 

26 yaşlı gürcüstanlı yarımmüdafiəçi bildirib ki, komandanın hər bir üzvü mübarizə aparmalıdır: "Öz oyunumuzu göstərəcəyik. Komanda üçün çalışmalıyıq. "Qarabağ"la matçda qələbə qazanmalı və Avropa Liqasının qrup mərhələsinə yüksəlməliyik".

Qeyd edək ki, oktyabrın 1-də baş tutacaq "Legiya" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.