Gürcüstan millisinin üzvü Jorj Mikautadze Fransada klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 23 yaşlı hücumçu "Mets"dən Lion “Olimpik"inə keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 4 illik müqavilə bağlanıb.
AÇ-2024-dəki oyunu ilə diqqət çəkən Mikautadze 4 matçda 3 qol vurub.