“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabrın ən yaxşı futbolçusu seçilib.

Rekord.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub.

O, səsvermədə Qleyson Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.