Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda 3-cü turun Gürcüstan - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya görüşün ən yaxşısı adına layiq görülüb.

Gürcüstan yığması ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala adlayıb.