Koronavirus pandemiyasına görə təxirə salınan Gürcüstan çempionatının bərpa tarixi məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Futbol üzrə Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq.

Çempionatın başlanğıcına qədər futbolçular və məşqçilər korpusu iki dəfə koronavirus testindən keçəcək.

Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan təxirə salınmışdı.