Haaland "Borussiya"da qalır
- 29 May 2021 11:20
- 655
"Borussiya"nın futbolçusu Erling Haaland Dortmund təmsilçisində qalmaq istəyir.
Rekord.az xəbər verir ki, 20 yaşlı hücumçunu nəhəng klublar heyətinə qatmaq üçün mübarizə aparır.
Lakin məlum olub ki, Haaland özü "Borussiya" ilə 2024-cü ilədək nəzərdə tutulan müqaviləsini pozmaq istəmir. O, karyerasını məhz bu klubda davam etdirməyi düşünür.
Qeyd edək ki, Haaland ötən il qış transfer pəncərəsində "Borussiya"ya keçib.