Haaland özündən narazıdı: "Çox qol vura bilmirəm"
- 09 Sen 2021 15:47
- 477
Norveç millisinin hücumçusu Erlinq Haaland DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqlə oyundan (5:1) sonra çıxışından narazı qaldığını bildirib.
Rekord.az xəbər verir ki, sözügedən matçda het-trik edən "Borussiya"nın futbolçusu bununla bağlı "Digi Sport"a açıqlamasında deyib:
"Qol və matç nisbətinə baxsanız, kifayət qədər qol vura bilmirəm. Düşünürəm ki, oyunlarda daha çox qol vurmalıyam. Bəli, çalışdığım budur".
Qeyd edək ki, Haaland Norveç millisində 15 oyun keçirib və 12 qol vurub. 21 yaşlı futbolçu "Borussiya"nın heyətində isə 64 matçda iştirak edib və 63 qol vurub.