"Mnaçester Siti"nin futbolçusu Erlinq Haaland pulun əhəmiyyətindən danışıb.

Rekord.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə "The Big Dexision" sənədli filmində fikirlərini bölüşüb. O deyib:

“Uşaqlıqda hamı kimi mən də dünyanın ən yaxşı futbolçusu olmağı və bununla çoxlu pul qazanmağı xəyal edirdim. İndi mən bunu edirəm. Məncə pul hər kəs üçün vacibdir. Hər kəs mümkün qədər çox qazanmaq istəyir. Amma bu, əsas vəzifə deyil.  Mənim arzum futbol oynamaq və qazandığım pulla ömrümün sonuna qədər yaşamaq idi”