![photo](https://www.rekord.az/storage/uploads/4/haland.jpeg)
Haalandın atası oğlunun "Mançester Yunayted"ə keçmək ehtimalı haqda
- 29 Mar 2021 13:21
- 536
Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın atası Old-İnq oğlunun "Mançester Yunayted"ə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, "Sport1"ə açıqlamasında deyib:
"Mançester Yunayted" son zamanlarda böyük uğurlar əldə edib. Klub hazırda yeni planlar üzərində işləməyə çalışır. Amma indi transferlə bağlı nəsə demək düzgün olmaz. Çünki Haaland "Borussiya"da oynayır. "Mançester Siti" və "Mançester Yunayted" böyük, və möhtəşım azarkeşlərə malik klublardır. "Mançester Yunayted" "Borussiya" kimi bir klubdur".
Qeyd edək ki, Haalandı "qırmızı şeytanlar"la yanaşı "Mançester Siti", "Çelsi", "Barselona", "Real" və "Bavariya" da heyətinə qatmaq üçün mübarizə aparır.