Habib Liqa 1 klubunda
- 13:00
- 28
Fransanın "Renn" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi 64 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Onu bu vəzifədə Habib Beye əvəz edib. Seneqallı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xorxe Sampaoli 2024-cü ilin noyabrında "Renn"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 oyunda uduzub. "Renn" hazırda Liqa 1-də 19 oyundan 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.