Hacı Əliyev daha 3-4 il güləşmək istəyir
- 19 Sen 2020 16:20
- 800
"Hazırda elə bir yaş dövründəyəm ki, yorulduğumu, çatdıra bilmədiyimi düşünmürəm".
Rekord.az xəbər verir ki, bu sözlər Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevə məxsusdur.
29 yaşlı pəhləvan karyerasını olimpiya çempionu olduqdan sonra bitirəcəyini diqqətə çatdırıb: "Mənə elə gəlir ki, daha 3-4 il güləşməyi bacararam.
Amma olimpiya çempionluğundan sonra qərar verə bilərəm. İndi nə isə demək çətindir, hər şey ola bilər. Elə bir zədə ala bilərəm ki, olimpiadadan əvvəl də karyeramı bitirməli olum".