Hacıqabul Rayon Gənclər və İdman İdarəsi tərəfindən Hacıqabul şəhər 5 saylı tam orta məktəbin idman zalında "İdman həftəsi" və "TOPLA" layihəsi çərçivəsində oğlanlar arasında 3x3 Basketbol idman növü üzrə şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, şəhər birinciliyi aşağıdakı nəticələrlə yekunlaşıb.

I YER Hacıqabul şəhər 2 saylı tam orta məktəb

II YER Hacıqabul şəhər Meyniman kənd tam orta məktəb

III YER Hacıqabul şəhər 3 saylı tam orta məktəb

Şəhər birinciliyində I,II,III yeri tutan komandaların üzvləri diplomla təltif edililb.Olduqca maraqlı keçən yarışda əvvəlcə yarımfinal, sonra finalmərhələsi oynanılıb. Layihənin keçirilməsində əsas məqsəd regionda yaşayan istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, topla oynanılan oyunları intensivliyinin artırılması,gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviq etməkdir. Layihə 3 ay davam edəcək və layihə çərçivəsində müxtəlif idman yarışları, master klasslar və məşhur idmançılara görüşlər nəzərdə tutulub.Layihənin əhatə çevrəsi 500 nəfər uşaq, yeniyetmə və gəncdir. Layihə çərçivəsində Hacıqabul rayon Təhsil Sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyi ilə əməkdaşlıq edilir.

Qeyd edək ki, "TOPLA" layihəsi əhalinin bütün yaş təbəqələrindən olan insanlar üçün əlçatandır.