Hacıqabulda "İdman hamı üçün" layihəsi çərçivəsində Karate idman növü üzrə nümunəvi çıxışlar
- 22 İyl 2023 10:30
- 386
21 iyul 2023-ci il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Hacıqabul rayonu üzrə gənclər və idman sektoru tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Karate hamı üçün” devizi altında nümunəvi çıxışlar təşkil edilmişdir.
Rekord.az xəbər verir ki, Hacıqabul şəhər Heydər Əliyev Mərkəzinin qarşıdakı istirahət parkında təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.
İdmançılar karate idman növü üzrə məşqçi müəllim Şamo Bağırovun rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdirmişlər.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında karate idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.