Hacıqabulda "TOPLA" layihəsi
- 24 Fev 2023 12:30
- 387
2-3 mart 2023-cü il tarixində Hacıqabul Rayon Gənclər və İdman İdarəsi tərəfindən Hacıqabul şəhər 5 saylı tam orta məktəbin idman zalında "İdman həftəsi" və "TOPLA" layihəsi çərçivəsində oğlanlar arasında 3x3 Basketbol idman növü üzrə şəhər birinciliyi keçiriləcəkdir.
Rekord.az xəbər verir ki, şəhər birinciliyində I,II,III yeri tutan komandaların üzvləri diplom və medalla təltif ediləcəkdir.
Layihənin keçirilməsində əsas məqsəd regionda yaşayan istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, topla oynanılan oyunları intensivliyinin artırılması,gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviq etməkdir. Layihə 3 ay davam edəcək və layihə çərçivəsində müxtəlif idman yarışları, master klasslar və məşhur idmançılara görüşlər nəzərdə tutulmuşdur. Layihənin əhatə çevrəsi 500 nəfər uşaq, yeniyetmə və gəncdir. Layihə çərçivəsində Hacıqabul rayon Təhsil Sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyi ilə əməkdaşlıq edilir.
Qeyd edək ki, "TOPLA" layihəsi əhalinin bütün yaş təbəqələrindən olan insanlar üçün əlçatandır.