Hacıqabulda ustad dərsləri
- 25 İyl 2024 13:00
- 169
Hacıqabulda "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə ustad dərsi keçirilib.
Rekord.az xəbər verir ki, ustad dərsinin keçirilməsində əsas məqsəd idmançıların təcrübə imkanlarını genişləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir.
Dərslərdə ümumilikdə 30 nəfərə yaxın idmançı iştirak edib.
Qeyd edək ki, ustad dərsi təcrübəli məşqçi-müəllim Bələd Bələdov tərəfindən həyata keçirilib.