Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Allahverdiyev Tarverdi tərəfindən Hacıqabul rayon Abdulabad kəndində seminar keçirilib.

Rekord.az xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd kənd yerlərində idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir.

Ümumilikdə seminarda 70 nəfər uşaq, yeniyetmə və gənclər iştirak etmişdir.