Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelas şəhərində keçirilən qran-pridə medal qazanıb.

Rekord.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşanqi Kokauri (+100 kq) mükafat qazana bilməyiblər.

Daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.