Nikolas Hagen mövsümün sonunda "Səbail"dən gedə bilər.

Rekord.az xəbər verir ki, qvatemalalı qapıçının klubla müqaviləsi başa çatır.

Hagen özü Bayıl təmsilçisində qalmağın əlehinə deyil. Lakin onu tərəddütdə qoyan klubun gələcək taleyidir. Çünki "Səbail" futbolçuları 2 aydır ki, maaş ala bilmir və növbəti mövsüm maddi sıxıntı olmayacaına dair da heç kim təminat vermir. Əgər mövsümün sonuna kimi sözügedən məsələ ilə bağlı ümidverici nə isə olmasa, böyük ehtimalla Hagen klubla yeni müqavilə bağlamayacaq.