Hakan Sünal milliyə dəvət alan futbolçuları haqda: "Yetər ki, şans versinlər"
- 04 Sen 2024 15:00
- 221
Bu yaxınlarda U-19 millimizin heyəti açıqlandı və siyahıda "Sumqayıt"ın altı futbolçusu yer almışdı. Bu isə heç də kiçik göstərici sayılmamalıdır,
Rekord.az-a açıqlama verən "Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünal yetirmələrinin perspektivinə inandığını bildirdi: "Milliyə çağırılan futbolçulardan Nadir Orucovla Vüsal Paşayev U-18-də də oynaya biləcək. Daha öncəki toplanışa da 7 futbolçumuz dəvət almışdı ki. bu da heyətin 1/4-ü deməkdi. Haqqlarında onu deyə bilərəm ki, hamısı perspektivli uşaqlardı, içərilərində "Sumqayıt"ın A komandasının məşqlərinə qatılanlar da var. Sadəcə, şans vermək lazımdır ki, oynasınlar. Çünki oynadıqca dəyərləri daha da qalxacaq. Həmin 6 futbolçu haqda əminliklə deyərdim ki, Azərbaycan futbolunda oynayacaqlar. Gələcəkdə U-21 millisində də aparıcı futbolçu olacaqlarına inanıram, hamısnda o perspektiv var. Sizə deyim ki, akademiyamızda başqa istedadlı uşaqlar da var və necə deyərlər, ardı gəlir. Dediyim kimi, yetər ki, şans verib oynatsınlar".