Hakim idarəçiliyi "Region Liqası"nda da qalmaqal yaratdı, oyun yarımçıq qaldı
- 03 Noy 2021 13:00
- 619
Region Liqasında 2021/2022 mövsümünün ilk turunun bağlanış matçında qalmaqal yaşanıb.
Rekord.az xəbər verir ki, Paytaxt və Şimal regionunun B qrupunda "Şahdağ FK" (Quba) - "İrəvan FK" oyunu yarımçıq dayandırılıb.
Buna səbəb "İrəvan"ın Sumqayıtda keçirilən oyunu yarımçıq tərk etməsi olub.
"Kapital Bank Arena"da baş tutan görüşün 58-ci dəqiqəsində nominal qonaqlar meydançanı tərk edib. Bu vaxt hesab artıq 8:0 "Şahdağ"ın xeyrinə olub. Qonaqların meydançanı yarımçıq tərk etməsinin səbəbi isə hakim idarəçiliyi olub. "İrəvan" iddia edib ki, hakimin əksər qərarları onların əlehinə olub. Xüsusilə də qapılarına təyin olunan iki penaltidən narazı qalıblar.
I turun qalan oyunları şənbə və bazar günü baş tutub.