Hakim olmaq istəyənlər üçün seminar
- 24 Sen 2024 15:30
- 200
Azərbaycan Cüdo Federasiyası (ACF) hakim olmaq istəyən gənclər üçün ilk seminar təşkil edib.
Rekord.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir milli komandaların təlim-məşq mərkəzində baş tutub.
Qurumun Hakimlər Komissiyası tərəfindən keçirilən müsabiqədə 35 namizəd seçilib.
Federasiya həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və saylarının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəklərini bildirib.