Braziliyanın “San Paulo RS” klubunun futbolçusu Uilyam Ribeyro həbs olunub.

Rekord.az xəbər verir ki, buna səbəb Ribeyronun 6-cı liqada keçirilən “Quarani” – “San Paulo RS” matçında baş hakim Rodriqo Krivellaronu döyərək, xəstəxanalıq etməsi olub.

Qarşılaşmanın 61-ci dəqiqəsində müdafiəçi komandasının əleyhinə verilən cərimə zərbəsindən sonra hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb.

Polislər meydana girdikdən sonra matç yarımçıq dayandırılıb və Ribeyro həbs olunub. Oyundan sonra "San Paulo RS" futbolçunun müqaviləsini ləğv edib.