Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın 1-ci turunun U-19 – “Record” oyununda “Record”un futbolçusu Əhməd İsmayılov aqressiv davranışa görə qırmız vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasının 4-cü turunun “Səbail” – “Sabah” oyununda “Səbail”in futbolçusu Adəm Topalov qeyri-idman hərəkəti etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Sabah”ın futbolçusu Məhəmməd Əliyev ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Liqasının 4-cü turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Rəvan Qənbərov rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının 5-ci turunun “Neftçi” – “Vətən” oyununda “Vətən”in futbolçusu Sadiq Tağızadə qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının 1-ci turunun “Ərgünəş” – UGİŞM oyununda UGİŞM klubu oyunun protokolunu göndərmədiyinə və oyundan öncə lisenziyanı təqdim etmədiyinə görə (oyuna gələrkən lisenziyaları yox idi) komandalar 20-30 dəqiqə gözlədildiyi üçün UGİŞM klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-17 Liqasının 8-ci turunun “Qarabağ” – İCBFA oyununda İCBFA-nın futbolçusu Elvin Əliyev hakimə qarşı təhqiredici sözlərə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. İCBFA klubunun digər futbolçusu Xəzər Bayramlı hakimə etiraz etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının 8-ci turunun “Səbail” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın futbolçusu Fərhad Balayev düşüncəsiz hərəkət etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının 8-ci turunun “Sabah” – “Şamaxı” oyununda “Şamaxı”nın baş məşqçisi Vəli Hüseynov meydana daxil olaraq hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.