Hakimi təhqir edən 2 futbolçuya sərt cəza
- 17 May 2021 19:45
- 561
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-17 Kubokunun “Sabah” - “Neftçi” oyununda “Sabah”ın futbolçusu Firəddin Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Kubokunun “Neftçi” İK İB – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Xəyal Əkbərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Kubokunun “Səbail” - “Neftçi” oyununda “Neftçi”nin baş məşqçisi Elman Sultanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Kubokunun “Zirə” – “Kəpəz” oyununda “Zirə”nin futbolçusu Rəhim Cəfərli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Bu oyunda “Zirə”nin digər futbolçusu Peyman Səmədli də hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Gənclər Kubokunun “Neftçi” - “Kəpəz” oyununda “Neftçi”nin futbolçusu Xəqan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Kubokunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ”nin futbolçusu Emil Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.