Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 23-cü turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Birinci Divizionun 21-ci turunun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunub.

Birinci Divizionda 21 turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionda 21-ci turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionda 21-ci turun “Zaqatala” – MOİK oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionun 22-ci turunun “Keşlə-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah”ın baş məşqçisi İlqar Mənsimov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimələnib.

Birinci Divizionda 22-ci turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Sumqayıt”ın futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Birinci Divizionda 22-ci turun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionda 22-ci turun “Kəpəz” – MOİK oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionda 22-ci turun “Qarabağ-2” – “Zaqatala” oyununda “Qarabağ”ın baş məşqçisi Cavad Mirzəbəyli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimələnib. Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qarabağ” 80 manat cərimə olunub. “Zaqatala”nın məşqçisi Nəsib Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimələnib. “Zaqatala”nın futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.