İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Füzuli” – “Göygöl” oyununun 90-cı dəqiqəsində “Göygöl”ün 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Göygöl” klubu 300 manat cərimə edilib.

“Baku Sportinq” – “Qusar” oyununda “Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 20 nömrəli futbolçusu Süleyman Rauflu meydançada 4 nömrəli futbol formasında oynadığına görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununun 80-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sheki City” klubu 80 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçular kütləvi şəkildə təhqir edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” klubu 50 manat cərimə edilib.

“Şəmkir” – “Kürmük Qax” oyununda topdaşıyanlar topla artıq rəftarlar etdiyinə görə “Şəmkir” klubu 50 manat cərimə edilib.

“Şəmkir” – “Kürmük Qax” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Şəmkir” klubu 50 manat cərimə edilib.