İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Sabah” FK – “Araz Naxçıvan” PFK oyununda “Sabah”ın futbolçusu Tuncay Cəfərli topsuz rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Sabah”ın digər futbolçusu Həmzəalı Mikayılov kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. “Sabah”ın məşqçisi Elçin Cəfərov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalandırılıb.

Gənclər Liqasının “Kəpəz” PFK – “Qarabağ” FK oyununda “Kəpəz”in məşqçisi Elşən Əliyev qarşılaşmanın 50-ci dəqiqəsində hakimin ünvanına qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. “Kəpəz”in digər futbolçusu Arzu Atakişiyev rəqibi əli ilə vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Qarabağ”ın futbolçusu İbrahim Hacı rəqibin ünvanına qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb.

U-17 Liqasının “Araz Naxçıvan” PFK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz”un protokolda adı qeyd edilməyən və məşqçilik lisenziyası olmayan, lakin texniki zonada olan Musayev Qoşqar hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalandırılıb, “Turan Tovuz” klubuna xəbərdarlıq edilib.

U-15 Liqasının “Asta” FK – “Araz Saatlı” FK oyununda “Asta”nın futbolçusu Umar Teyyubov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. “Araz Saatlı”nın futbolçusu Turan Zaidov da rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə  meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-15 Liqasının “Sabah” FK – “Qəbələ” İK oyununda “Qəbələ”nin baş məşqçisi Şəhruz Mustafayev hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb.

U-12 Liqasının “Metak” – “Şirvanovka” oyununda “Metak”ın məşqçisi Mehman Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

U-12 Liqasının “Ümid (Cəlilabad)” – “Muğan” PFK oyununda “Ümid”in məşqçisi Elçin Əsgərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.