
Hakimi vuran klub prezidenti saxlanıldı
- 12 Dek 2023 13:00
- 224
Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca saxlanılıb.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, buna funksionerin "Rizəspor"la Super Liqanın 15-ci turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.
Onunla birlikdə daha iki nəfər saxlanılıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.