Hakimlər Komitəsinin sədrindən “Şamaxı” ilə görüş
- 14:15
- 22
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere ilə “Şamaxı” klubunun əsas komandasının üzvləri arasında lisenziya tələblərinə uyğun olaraq görüş keçirilib.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə belçikalı mütəxəssislə birlikdə qurumun Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev də iştirak edib.
Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.