Futbol hakimləri qışda Qəbələdə təlim-məşq toplanışı keçə bilər.


Rekord.az-a daxil olan məlumata görə, AFFA belə bir variantı nəzərdən keçirdir.


Amma bir məsələ var ki, federasiya toplanış üçün "Qəbələ" klubuna ödəniş ödəmək istəmir. Kluba verdiyi 1.5 milyonluq maliyyə yardımına qarşılıq olaraq, stadiondan pulsuz yararlanmaq niyyətindədir.