Futbol hakimləri komitənin sədri Ştuxlikdən narazıdır.

Rekord.az xəbər verir ki, buna səbəb avstriyalının öz hakimlərinə laqeyd münasibətidir.

Biliyiniz kimi, çempionat dayandığından hakimlər də qazancsız qalıb. Çünki onların AFFA ilə maaş müqaviləsi yoxdur və ancaq oyunlara görə qonorar alırlar. Hazırda oyun olmadığı üçün qonorar da yoxdur. Ştuxlik isə aylıq maaşını alır, onun sıxıntısı yoxdur. Hakimlər federasiyadan hansısa yardım gözləsə də bu, olmayacaq. AFFA-dan deyilib ki, çempionat nə vaxt bərpa olunsa, pul da onda olacaq.  Belə məqamda Ştuxlikin hakimlərin problemi ilə maraqlanmaması və AFFA rəhbərliyinə kömək üçün ağız açmaması ədalət təmsilçilərinə bərk toxunub.