Bir müddətdir ki, istər Premyer Liqa, istərsə də aşağı liqada oyun idarə edən hakimlərin ezamiyyət xərcləri kəsilib.

Rekord.az xəbər verir ki, hakimlər hansısa bölgə oyununa təyinat alarkən yemək və qalmaq xərclərini ciblərindən qarşılayırlar.

AFFA kəsilən ezamiyyət xərcini qonararın artırılmasına yönəldib. Bundan başqa, Premyer Liqada hakimlik edənlər hər ay federasiyadan qonarardan əlavə 1000 manat da maaş alır.