Azərbaycan hakimliyinin problemləri bitmək bilmir. Uşaq liqalarındakı hakimlərin forma, fit, sarı və qırmızı vərəqələri öz hesablarına alması haqda məlumat vermişdik. Baxmayaraq ki,I bu sahəyə tək UEFA-dan hər il 200 min avroya yaxın vəsait ayırılır.

Rekord.az-a daxil olan məlumata görə, tək aşağı liqa yox, Premyer Liqa hakimləri də sıxıntı çəkir.

Hətta onlara yeni geyim dəstləri də alınmır. Əldə etdiyimiz məlumata görə, hakimlər komitəsinin sədri Ştuxlik qışda yeni formaların alınması üçün AFFA rəhbərliyinə müraciət edib. Lakin hələlik onun müraciətinə müsbər cavab verilməyib.