Hakimləri təhqir edən futbolçular və baş məşqçi cəzalandı
- 03 Dek 2024 17:00
- 61
Azərbaycan çempionatında hakimləri təhqir edən futbolçular və baş məşqçi cəzalanıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
U-17 Liqasında çıxış edən "Qəbələ"nin futbolçusu Rəvan Feyziyev "Səbail"lə matçın 89-cu dəqiqəsində ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.
U-14 Liqasında "Caspian FA" komandasının üzvü Zeynal Zeynalov da eyni hərəkətə yol verib. O, Sumqayıtın "Məhəllə uşaqlar" kollektivi ilə görüşdə referini təhqir etdiyinə görə qırmızı görüb və 2 matçlıq cəzalandırılıb.
U-13 Liqasında isə EFA-nın baş məşqçisi Fərid Əlizadə "Qarabağ"la qarşılaşmada hakimi təhqir edib. Mütəxəssis növbəti 5 oyunda texniki zonada yer almayacaq.