İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Füzuli” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.

“Füzuli” – “Şahdağ Qusar” oyununun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 8 nömrəli futbolçusu Fərman Qənbərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

“Qusar” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 100 manat cərimə edilib.

“Kürmük Qax” – “Lerik” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kürmük Qax” klubu 100 manat cərimə edilib.

“Dinamo” – “Şəfa” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.

“Dinamo” – “Şəfa” oyununun 41-ci dəqiqəsində “Dinamo” klubunun 1 nömrəli futbolçusu İbrahim Bağırov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” klubu 80 manat cərimə edilib.

“Cəbrayıl” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.

“Kür-Araz” – “Baku Sportinq” oyununun fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış “Kür-Araz” klubunun baş məşqçisinin köməkçisi Üzeyir Sefizadə matç başa çatdıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Kür-Araz” klubu 400 manat cərimə edilib.

“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.