AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Cəbrayıl” – “İmişli” oyununda “Cəbrayıl” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilib.

MOİK – “Difai” oyununda MOİK komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK komandası 70 manat cərimə edilib.

MOİK – “Difai” oyununun 72-ci dəqiqəsində MOİK komandasının məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, MOİK komandası 400 manat cərimə edilib.

MOİK – “Difai” oyununun 90+1-ci dəqiqəsində “Difai” komandasının 10 nömrəli futbolçusu Tahir Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Difai” komandası 50 manat cərimə edilib.

MOİK – “Difai” oyununun 90+4-cü dəqiqəsində “Difai” komandasının 11 nömrəli futbolçusu Sənan Ağayevin ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Difai” komandası 50 manat cərimə edilib.

“Karvan” – “Baku Sportinq” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilib.

“Karvan” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilib.