Beynəlxalq dərəcəli hakimlərimiz avrokubokda meydana çıxacaqlar. "Rekord.az" xəbər verir ki, iki ədalət təmsilçimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” klublarının qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.
Fuad Hacıyev isə yanvarın 23-də qadın voleybolçular arasında CEV kubokunda pley-off mərhələsi çərçivəsində keçiriləcək “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.