Hakimlərin qonorarında artım olmayacaq ÖZƏL!
- 03 Noy 2020 15:00
- 654
2020-ci ildə maddi cəhətdən ciddi sıxıntı çəkən futbol hakimləri 2021-ci ildən qonorarlarında artım olmasını istəyir.
Rekord.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə bəzi təcrübəli hakimlər bu təkliflə Hakimlər Komitəsinin sədri Frits Ştuxlikə müraciət edib.
Avstriyalı da öz növbəsində hakimlərin istəyini icraçı vitse prezident Elxan Məmmədova çatdırıb. Lakin Məmmədov mövsümün sonuna kimi bunun mümkün olmayacağını bildirib. Səbəb kimi, federasiyanın büdcəsində yetərli vəsait olmadığını göstərilib.