AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək mövsümün sonunda postundan gedir.

Rekord.az-ın daha öncə də qeyd etdiyi kimi, AFFA-nın yeni rəhbərliyi onunla işləməkdə maraqlı deyil.

Yeni sədrin yerli, yoxsa əcnəbi olacağı hələlik məlum deyil. Saytımıza daxil olan məlumata görə, yerlilərdən Tahir Süleymanov və Vüsal Əliyevin yeni sədr olmaq ehtimalı var. Lakin qeyd etdiyimiz kimi, əcnəbi varintı da aktuallğını qoruyur. Bu arada, daxil olan digər məlumata görə, federasiyanın yeni rəhbərliyi Hakimlər Komitəsi ilə Hakim-inspektorlar komitəsini yenidən ayırmağı düşünür. Hakimlərlə bağlı da ciddi islahatlar gözlənilir. Premyer Liqa səviyyəsinə cavab verməyən hakimlər növbəti mövsüm elitaya buraxılmayacaq.