Avropa Liqasının H qrupunun 2-ci turunun “Hakken” – “Qarabağ” matçına bilet satışı davam edir.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektor və kateqoriyadan asılı olaraq 230-415 İsveç kronu (təxminən 35-65 AZN) arasında dəyişir.

“Hakken” – “Qarabağ” oyunu oktyabrın 5-də, Göteborqdakı “Ullevi” stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.