"Mançester Siti"nin hücumçusu Erlinq Haland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib.


Mütəxəssis həkimlərin bu barədə ona məlumat verdiyini bildirib:


"Ümid edirəm ki, mövsümün sonuna, klublararası dünya çempionatına qədər hazır olacaq".


Haland İngiltərə Kubokunun 1/4 finalında, "Bornmut"la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.