Haland Çempionlar Liqasının tarixinə düşdü
- 19 Fev 2020 14:47
- 761
Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland Çempionlar Liqasının tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 19 yaşlı hücumçu 1/8 final mərhələsinin PSJ ilə ilk matçında dubl edərək, ÇL-də bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb. Norveçli futbolçu Çempionlar Liqasında debüt mövsümündə bu qol sayına çatan 5-ci futbolçu olub.
Halanddan əvvəl 1958/59 mövsümündə Fransa “Reyms”ində Jyust Fonten, 1978/1979-də İsveçrə “Qrasşopper”ində Klaudio Sulser və 2017/2018-də “Liverpul”da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar.
Dortmund “Borussiya”sı Halandın vurduğu qollarla PSJ-ni 2:1 hesabıyla məğlub edib.