"Mançester Siti"nin futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında əsrin rekorduna imza atıb.

Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu buna "Vest Hem"ə qalib gəldikləri 3-cü turun matçında het-trik etməklə nail olub.

O, ötən tur "İpsviç Taun"la (4:1) görüşdə də üç qol vurmuşdu.

Norveçli forvard 1994-cü ildən bəri İngiltərə çempionatında bunu bacaran ilk oyunçudur.

24 yaşlı hücumçu həm də Premyer Liqa tarixində ən çox het-trik edən oyunçuların siyahısına daxil olub. O, 8 het-triklə 4-cüdür.

İngiltərəli futbolçular Maykl Ouen və Harri Keyn, eləcə də fransız Tyeri Anri də eyni nəticəyə malikdir. Bu göstəricidə lider "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquerodur (12).

Haland hazırda 7 qolla Premyer Liqanın bombardiridir.