“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İlin Oyunçusu seçilib.

Rekord.az xəbər verir ki, İlin Gənc Oyunçusu mükafatı “Arsenal”ın cinah oyunçusu Bukayo Sakaya verilib.

Haland ötən mövsüm bütün yarışlarda “Mançester Siti”nin heyətində 52 qol, o cümlədən Premyer Liqada 36 qol vurub. Erlinq komandası ilə təkcə yerli çempionat titulunu deyil, həm də İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

İlin Gənc Oyunçusu isə əvvəllər bu mükafata üç dəfə namizəd olmuş Saka olub.

Bu, PFA-nın 50-ci yubiley mükafatlandırma mərasimi olub.