Haland mükafatına qovuşdu
- 15 Dek 2020 16:00
- 778
Norveç milli komandasının və Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Halanda ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden boy” mükafatı təqdim edilib.
Rekord.az xəbər verir ki, 20 yaşlı futbolçuya mükafat İtaliyada təqdim edilib.
O, bununla bağlı sosial şəbəkə hesabından paylaşım edərək, fəxr etdiyini və xoşbəxt olduğunu bildirib.
Halandın bu mükafatı qazandığı noyabrın 21-də açıqlanıb.