Haland yeni müqavilə imzaladı, Premyer Liqa tarixində ən çox maaş alan futbolçu oldu
- 17 Yan 2025 20:45
- 34
"Mançester Siti" hücumçusu Erlinq Halandla yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçunun sözləşməsinin müddəti 2034-cü ilin yayınadək uzadılıb.
Haland yeni müqaviləyə əsasən İngiltərə Premyer Liqası tarixində ən çox maaş alan futbolçuya çevrilib. Norveçli hücumçu həftədə 500 min funt-sterlinq qazanacaq.
2022-ci ildən "şəhərlilər"in formasını geyinən Haland iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.