İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, norveçli hücumçu buna “Leypsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatıb. O, bunu cəmi 35 qarşılaşmada bacarıb.

Haland həm də Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappenin də rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc oyunçu (23 yaş, 10 gün) adına da sahib çıxışb.

Haland cari mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.