"Mançester Siti" klubunun futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Rekord.az "Squawka"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna "Arsenal"la heç-heçə etdikləri 5-ci turun oyununda fərqlənməklə nail olub.

Norveçli forvard meydana çıxdığı beş qarşılaşmada 10 qol vurub. Daha əvvəl Premyer Liqa tarixində heç kim buna daha tez nail ola bilməyib.

"Mançester Siti" - "Arsenal" matçı heç-heçə yekunlaşıb - 2:2.