“Hamburq”dan “Başakşəhər”ə
- 04 İyl 2020 12:40
- 823
Türkiyənin “Başakşəhər” klubu bu mövsümün əvvəlində Almaniya “Hamburq”undan icarəyə götürdüyü Berkay Özcanın transfer hüquqlarını da alıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə yığmasının da formasını geyinən 22 yaşlı futbolçu, İstanbul təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb.
“Ştutqart”ın yetirməsi olan Berkay Özcan “Hamburq”a 2019-cu ildə transfer olunmuşdu. O, “Başakşəhər”in heyətində bu mövsüm Super Liqa çərçivəsində 14 oyuna çıxıb.