"Hamı mənə güləndə, Runi öz "Lamborghini"sini verdi"
- 08 Dek 2019 12:23
- 909
"Mançester Yunayted"in sabiq hücumçusu Karlos Tevez keçmiş komanda yoldaşı Ueyn Runi haqda maraqlı açıqlama verib.
Rekord.az xəbər verir ki, argentinalı forvard İngiltərədə oynayarkən Runinin ona öz "Lamborghini"sini verməsi haqda danışıb. Tevez həmin anları belə xatırlayıb: “Mançester Yunayted” futbolçuları məşqə "Ferrari" və "Lamborghini" maşınlarında gəlirdilər. Ən zəif oyunçunun belə "Ferrari"si vardı. Mən isə klubun mənə verdiyi "Audi" ilə məşqə gəlmişdim. Hamı həmin maşına görə mənə gülməyə başladı. Sanki həmin maşın "Audi" yox, "Fiat" idi. O vaxtı Runi ilə danışdım. O, mənə dedi ki "Lamborghini"mi götür, sür". Mən də belə etdim. O, maşınını mənə vermişdi. Onu dəfələrlə özümlə müqayisə etmişdim. O da kasıb şəhərdən, Liverpuldan gəlmişdi. Runi də mənim kimi hər zaman öz məqsədləri uğrunda mübarizə aparıb".